Dünya

SEPAH generalı ilə bağlı SENSASİYA: İsmayıl Kaani sorğuda infarkt keçirdi

11 Oktyabr 2024 13:23
Baxış: 814
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələrinin komandanı, general İsmayıl Kaani infarkt keçirib. O, xəstəxanaya yerləşdirilib.

Milli.Az xəbər verir ki, "Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə "Sky News Arabia" iranlı mənbələrə istinadla xəbər yayıb.

Bildirilir ki, "Hizbullah" lideri Həsən Nəsrullahın öldürülməsindən sonra İsraillə əlaqəsi araşdırılan İ.Kaani istintaq çərçivəsində dindirilərkən ürəyi tutub.

Bundan əvvəl xəbər verilmişdi ki, o, İsrailin Livana hücumunda yaralanmayıb, ancaq təhlükəsizlik pozuntuları ilə bağlı istintaq altındadır və sorğu-sual edilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.