Dünya

Araqçı Türkiyədəki iclasda iştirak edəcək

9 Oktyabr 2024 12:33
Baxış: 342
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın xarici işlər naziri Abbas Arakçı Türkiyədə regional "3+3" platformasının iclasında iştirak edəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Sabah" qəzeti İranın Ankaradakı səfiri Məhəmməd Həsən Həbibullahzadəyə istinadən məlumat yayıb.

"Türkiyə, İran, Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstanın formalaşdırdığı sülhə nail olmaq məqsədi daşıyan "3+3" platformasının üçüncü iclasının Türkiyədə keçirilməsi planlaşdırılır və bu görüşdə İranın xarici işlər naziri Arakçı da iştirak edəcək", - məlumatda deyilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.