Dünya

Pavel Durov: "Həbsimə görə həyat yoldaşımın hamiləliyi pozulub"

7 Oktyabr 2024 10:33
Baxış: 566
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Telegram-ın həmtəsisçisi Pavel Durov bildirib ki, onun həyat yoldaşı Yuliya Vavilova Parisdə iş adamının həbsi nəticəsində ortaq övladını itirib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, Yuliya şəxsi Telegram kanalında hadisələrin xronologiyasını dərc edib və sahibkar öz bloqunda yazılanları təsdiqləyib.

"İki gün əvvəl o, hamiləliyini izləyən həkimlə görüşmüşdü. Yuliya həkim kabinetindən mənə "ağlayan emoji" göndərəndə 12 saatlıq iş günümün ortasında idim. Mən dərhal anladım ki, problem var", - o, Telegram kanalında yazıb.

Durov qeyd edib ki, o, Yuliyanın hamiləliyini avqustun 27-də "polislə adi bir neçə saatlıq müsahibə" zamanı öyrənib.

O, yoxluğunda qızın cəmiyyətin güclü təzyiqinə məruz qalmasına aydınlıq gətirib.

"Bəzi bloqerlər onun "Mossad agenti" olması barədə şayiə yaymağa başlayıb. Digərləri belə bir absurd fikir irəli sürüblər ki, guya polisi məni hava limanında götürməyə onun yazıları (çarter reysi təfərrüatlarım deyil) sövq edib. Cihazları müsadirə olunduğu üçün o, həftələrlə Telegram və İnstaqram hesablarına daxil ola bilməyib. Ona qarşı kiber zorakılıq yeni zirvələrə çatmaqda davam edib" - deyə sahibkar yazıb.

Avqustun 24-də Durov Paris aeroportunda saxlanılıb. Məhkəmə müstəntiqi Durovu cinayət işinin bir hissəsi kimi qanunsuz əməliyyatlara icazə vermək məqsədi ilə şəbəkə platformasının idarə edilməsində iştirak daxil olmaqla altı maddə ilə ittiham edib.

Paris prokurorluğunun bəyanatına görə, belə bir cinayət 10 ilə qədər həbs və 500 min avro məbləğində cərimə ilə cəzalandırıla bilər.

Hakimin qərarı ilə sahibkar 5 milyon avro məbləğində girov qoymaq öhdəliyi ilə məhkəmə nəzarətinə götürülüb. O, həmçinin həftədə iki dəfə polis bölməsinə məlumat verməliir və Fransa ərazisini tərk etməsi qadağandır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.