Dünya

İsrail Hizbullahın qərargahını və hərbi obyektlərini vurdu

5 Oktyabr 2024 19:22
Baxış: 1 205
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Beyrut ərazisində Hizbullah qərargahı və hərbi obyektlərinə yeni hücumlar həyata keçirib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

"İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Beyrut ərazisində Hizbullahın komandanlıq mərkəzlərinə və terror infrastrukturuna dəqiq zərbələr endiriblər", - deyə ordunun bəyanatında bildirilib.

Qeyd edək ki, bu gün Beyruta endirilən zərbələr nəticəsində SEPAH-ın Qüds qanadının komandiri İsmayıl Qaani yaralanıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.