Dünya

Mirzoyanla Araqçı görüşdü

27 Sentyabr 2024 17:06
Baxış: 250
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan və İranın xarici işlər nazirləri Ararat Mirzoyanla Seyid Abbas Araqçı arasında görüş keçirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, görüş Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində baş tutub. 

Nazirlər Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması ilə bağlı danışıqların gedişatını müzakirə edib. 

Xatırladaq ki, sentyabrın 26-da Nyu-Yorkda ABŞ dövlət katibi Entoni Blinkenin təşəbbüsü ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında görüş baş tutub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.