Dünya

Kiyevdən qaçan deputat Londonda saxlanıldı

24 Sentyabr 2024 23:39
Baxış: 398
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna Ali Radasının "itkin" deputatı Londonda saxlanılıb.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu haqda "Strana.ua" məlumat yayıb.

Bildirilib ki, ötən ay ölkədən qaçan deputat Artem Dmitruk sentyabrın 24-ü səhər saatlarında Londonda saxlanılıb: "Ekstradisiya ilə bağlı məhkəmə prosesi gedir", - açıqlamada deyilir.

Keçən ayın 26-sı "yoxa çıxan" deputatla bağlı sentyabrın 9-da Ukrayna hökuməti bir sıra ölkələrə saxlanılma, həbs və daha sonra Kiyevə göndərilmə üçün sorğu göndərib.

Məlumat üçün deyək ki, parlamentarinin adı Ukraynada Pravoslav Kilsəsinin fəaliyyətinə faktiki qadağa qoyulması ilə bağlı qanunun əleyhinə çıxmasında hallanır.

Bundan əvvəl Dmitruk hüquq-mühafizə orqanının əməkdaşına və hərbçiyə hücum etməkdə ittiham olunurdu. O, özü isə bu ittihamları təkzib edib və deyilənlərdə müxalifətçilərin əli olduğunu bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.