Dünya

İsrail “Hizbullah”ın hədəflərinə yeni irimiqyaslı hücumlar dalğası həyata keçirib

24 Sentyabr 2024 21:11
Baxış: 896
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İsrail ordusu Livandakı "Hizbullah" hərəkatının hərbi hədəflərinə qarşı yeni irimiqyaslı zərbə dalğasının başladığını elan edib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin açıqlamasında bildirilir.

"Hazırda İsrail Müdafiə Qüvvələri "Hizbullah"ın Livandakı terror qruplaşmasının hədəflərinə irimiqyaslı zərbələr endirir", - məlumatda qeyd edilir.

Məlumatda o da deyilir ki, təfərrüatlar daha sonra açıqlanacaq.

Bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu ordunun "Hizbullah"a zərbələr endirməyə davam etdirəcəyini bildirmişdi.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.