Dünya

Rusiyada məktəblilər daha bir helikopteri məhv etdi

23 Sentyabr 2024 21:55
Baxış: 537
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Omskda iki məktəbli aviabazada Mi-8 helikopterini yandırıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Bildirilib ki, şagirdlər helikopteri "Molotov kokteyli" ilə məhv edib. Hadisədən sonra onlar qaçsalar da, tezliklə həbs ediliblər.

16 yaşı olan yeniyetmələr Teleqram vasitəsilə təklif aldıqlarını, orada yanğın törətmək üçün onlara 20 min dollar vəd edildiyini, lakin pulun ödənilmədiyini bildiriblər.

Qeyd edək ki, analoji hadisə 11 sentyabrda Yamalo-Nenets Muxtar Dairəsinin Noyabrsk şəhərində qeydə alınmışdı.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.