Dünya

O, sülh üçün əsas maneədir - Ağ Ev

22 Sentyabr 2024 22:07
Baxış: 378
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vaşinqton administrasiyası HƏMAS lideri Yəhya Sinvarı girovların azad edilməsi və Qəzzada atəşkəsin əldə edilməsinə dair razılaşmaların reallaşmasında əhəmiyyətli maneə hesab edir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

"Aydındır ki, cənab Sinvar razılaşma yolunda əsas maneə olaraq qalır və o, əlbəttə ki, son həftələr ərzində yaxşı niyyətlə irəliləməyə hazır olduğunu sübut etmək üçün heç nə etməyib.

O, şübhəsiz ki, əsas maneədir",- o bildirib.

Kirbi əlavə edib ki, son bir-iki həftə ərzində heç bir irəliləyiş əldə olunmayıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.