Dünya

Merts Ərdoğanla görüşünü gözlənilmədən təxirə saldı

19 Sentyabr 2024 23:26
Baxış: 797
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniya müxalifətinin lideri Fridrix Merts gözlənilmədən Türkiyəyə səfərini təxirə salıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Middle East Eye" nəşri məlumat yayıb.

Bildirilib ki, Xristian Demokrat İttifaqının (CDU) lideri Merts gələn il keçiriləcək federal seçkilərdə kanslerliyə namizədliyi ilə bağlı partiyası daxilində danışıqları başa çatdırmalıdır və məhz bu səbəbdən səfər baş tutmayacaq.

Partiya sədrinin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan və digər türkiyəli rəsmilərlə görüşü nəzərdə tutulurdu.

Qeyd edək ki, çərşənbə axşamı Merts rəqibi, Bavariyanın baş naziri və CDU-nun tərəfdaş partiyası Xristian Sosial Birliyinin (CSU) lideri Markus Soederi razı saldıqdan sonra növbəti kansler olmaq niyyətini rəsmən açıqlayıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.