Dünya

Rusiyadan peycerlərin partladılmasına reaksiya

19 Sentyabr 2024 10:32
Baxış: 757
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu cür "silahlar"ın kütləvi istehsalının mümkünlüyü terrorizmi yeni səviyyəyə qaldırır. Belə cinayətlərə qarşı tədbir görülməlidir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Livanda baş verən partlayışları şərh edərkən deyib.

"Məişət elektron cihazlarının partlayıcı qurğu kimi istifadə edilməsi faktı müvafiq araşdırma tələb edir. Bu cür "silahlar"ın kütləvi istehsalının mümkünlüyü terrorizmi yeni səviyyəyə qaldırır. Bu, bütün ölkələr üçün qlobal təhlükədir. Beynəlxalq qurumlar bu cür cinayətlərə qarşı tədbir hazırlamalıdır, əks halda heç bir insan özünü təhlükəsiz hiss edə bilməyəcək. Planlaşdırılan yüksək texnologiyalı hücum dünyada ciddi nəticələrə səbəb ola bilər. Livanda baş verənlər hərtərəfli araşdırılmalıdır", - o bildirib.

Qeyd edək ki, Livanda 17 sentyabrda peycerlərin partlaması nəticəsində 12 nəfər ölmüş, 4 min nəfər yaralanmışdı.

18 sentyabrda isə Livanda növbəti partlayışlar baş verib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.