Dünya

İran Prezidenti Rusiya ilə vacib sənəd imzalayacaq

19 Sentyabr 2024 09:00
Baxış: 611
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran Prezidenti Məsud Pezeşkian ölkəsinin Rusiya ilə strateji tərəfdaşlığına dair saziş imzalamaq niyyətindədir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə İran İslam Şurasının Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Əbülfəzl Zəhravənd məlumat verib.

"İran və Rusiya strateji əməkdaşlıq yolunda irəliləyirlər və cənab Pezeşkianın Rusiyaya qarşıdakı səfəri zamanı biz strateji tərəfdaşlıq sazişinin imzalanmasını görəcəyik", - deyə Zəhravənd bildirib.

Xatırladaq ki, İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkian dəfələrlə bəyan edib ki, Rusiya ilə tərəfdaşlıq İran üçün dünya təhlükəsizliyinin qarantıdır, ABŞ isə, əksinə, bu sahədə öz təsirini itirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.