Dünya

Ostin peycer partlayışına görə İsrailə gedir

18 Sentyabr 2024 11:35
Baxış: 527
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-nin müdafiə naziri Lloyd Ostin Livanda peycer partlayışlarından sonra yaranmış vəziyyəti müzakirə etmək üçün sentyabrın 22-23-də İsrailə səfər edəcək.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə "Axios" portalı İsrail və ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Qeyd edək ki, rabitə qurğuları çərşənbə axşamı Livanın müxtəlif ərazilərində demək olar ki, eyni vaxtda partladılıb.

"Hizbullah" şiə hərəkatı İsraili bombardmanların təşkilində günahlandıraraq "ədalətli cavab" veriləcəyi ilə hədələyib.

"Reuters"in məlumatına görə, peycerlər son bir neçə ay ərzində Livana "Hizbullah" üzvləri üçün gətirilib.

"Al Jadeed"telekanalının respublikanın səhiyyə naziri Firas Abyada istinadən verdiyi məlumata görə, partlayışlar nəticəsində azı 11 nəfər ölüb, 4 minə yaxın insan yaralanıb.

Onlardan 500-ə yaxını görmə qabiliyyətini tamamilə və ya qismən itirib. İsrail hökuməti partlayışla bağlı şərh verməyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.