Estoniyanın keçmiş baş naziri Kaya Kallas noyabrın 1-dən AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi vəzifəsini icra edəcək.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib.
"Kaya Kallas, artıq bildiyiniz kimi, bizim ali nümayəndəmiz və vitse-prezidentimiz olacaq. Biz geosiyasi qarşıdurma və qeyri-sabitlik dövründəyik. Bizim xarici və təhlükəsizlik siyasətimiz bu reallığı dərk etməklə müəyyən edilməlidir", - deyə Leyen bildirib.
Qeyd edək ki, hazırda AB diplomatiyasının rəhbəri Jozep Borrelldir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun