Borrelli bu xanım əvəz edəcək - Leyen elan etdi

17 Sentyabr 2024 15:03

Estoniyanın keçmiş baş naziri Kaya Kallas noyabrın 1-dən AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi vəzifəsini icra edəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib.

"Kaya Kallas, artıq bildiyiniz kimi, bizim ali nümayəndəmiz və vitse-prezidentimiz olacaq. Biz geosiyasi qarşıdurma və qeyri-sabitlik dövründəyik. Bizim xarici və təhlükəsizlik siyasətimiz bu reallığı dərk etməklə müəyyən edilməlidir", - deyə Leyen bildirib.

Qeyd edək ki, hazırda AB diplomatiyasının rəhbəri Jozep Borrelldir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun