Kanada sahillərində 6,6 maqnitudalı zəlzələ qeydə alınıb.
Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri təxminən 14,7 min əhalisi olan Prins-Rupert şəhərindən 268 km cənubda, ocağı 33 km dərinlikdə yerləşib. Zərərçəkənlər barədə məlumat verilmir.
Sunami təhlükəsinin olmadığı bildirilir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun