Kanada sahillərində 6,6 maqnitudalı zəlzələ olub

16 Sentyabr 2024 08:34

Kanada sahillərində 6,6 maqnitudalı zəlzələ qeydə alınıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 14,7 min əhalisi olan Prins-Rupert şəhərindən 268 km cənubda, ocağı 33 km dərinlikdə yerləşib. Zərərçəkənlər barədə məlumat verilmir.

Sunami təhlükəsinin olmadığı bildirilir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun