Dünya

Bu, Britaniyaya qarşı ifrat addım olar - Rusiya

13 Sentyabr 2024 23:49
Baxış: 584
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniya ilə diplomatik münasibətlərin tamamilə kəsilməsi ifrat tədbirdir, müsbət və mənfi cəhətləri dəyərləndirmək lazımdır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski Böyük Britaniya səfirliyinin əməkdaşlarının kəşfiyyat fəaliyyəti ilə bağlı FTX-nin məlumatlarını şərh edərkən deyib.

Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Böyük Britaniyanın Moskvadakı səfirliyinin siyasi şöbəsinin altı əməkdaşının hərəkətlərində kəşfiyyat və təxribat işlərinin izləri aşkar edildiyi üçün akkreditasiyalarının dayandırıldığını bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.