Dünya

Hindistandan uçan təyyarə bomba təhlükəsinə görə Ərzuruma eniş etdi

6 Sentyabr 2024 20:40
Baxış: 540
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistandan Almaniyaya uçan sərnişin təyyarəsi bomba həyəcanına görə Türkiyənin Ərzurum hava limanında məcburi eniş edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, təyyarə təxliyyə edilib və şəhərin hava məkanı uçuşlara bağlanıb.

Hazırda bombanın zərərsizləşdirilməsi üzrə mütəxəssislər təyyarədə axtarış aparır.

Ərzurum valisi Mustafa Çiftçi hadisə ilə bağlı açıqlama yayaraq "Havada bomba təhlükəsi olanda "Vistara Hava Yolları"na məxsus təyyarə ilk olaraq Ordu Hava Limanına enmək istəyir. Amma abadlıq işləri getdiyi üçün Trabzona istiqamətləndirirlər. Oradan isə Ərzuruma eniş təyin olunub", - bildirib.

Onun sözlərinə görə, təyyarədə 243 sərnişin olub.

"Vistara Hava Yolları" da təcili enişlə bağlı açıqlama verib:

"Bombay-Frankfurt (BOM-FRA) UK27 reysi təhlükəsizlik səbəbiylə Türkiyəyə (Ərzurum hava limanı) istiqamətləndirilib və saat 17.05-də təhlükəsiz şəkildə eniş edib".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.