Dünya

Türkiyə qəzeti “Şimal axını”nı partladan ölkələrin adını açıqlayıb

1 Sentyabr 2024 07:30
Baxış: 859
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Şimal axını" və "Şimal axını 2"də partlayışlar ABŞ, Ukrayna, Polşa və Almaniyanın əməkdaşlığı ilə həyata keçirilib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Aydınlık" qəzeti məlumat yayıb.

Məqalədə vurğulanıb ki, bütün ciddi tədqiqat institutları və media belə qənaətə gəlir ki, "Şimal axını"nda təxribat güclü dövlətlərin müdaxiləsi olmadan baş verə bilməz.

Beləliklə, nəşr yazır ki, Vaşinqton əvvəldən Rusiyadan qazın nəqli üçün kəmərlərin çəkilməsinin əleyhinə idi.

"Bütün faktlar onu göstərir ki, boru kəmərləri ABŞ, Ukrayna, Polşa və Almaniyanın birliyi və əməkdaşlığı ilə partladılıb. Nəticələr digər sanksiyalarda olduğu kimidir: Almaniya və digər Qərb ölkələri qışın soyuğunda donub qaldılar və Rusiya qazını başqa ölkələrdən yüksək qiymətə almalı oldular. Sanksiyalar Avrasiya yüksəldikcə Qərbin çöküşünü sürətləndirir", - məqalədə bildirilib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory