Dünya

Rusiya Aleksandr Əliyevi axtarışa verdi

30 Avqust 2024 15:17
Baxış: 1 569
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada "Lokomotiv"in və Ukrayna millisinin sabiq futbolçusu Aleksandr Əliyevə qarşı cinayət işi açılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, Əliyev Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.2-ci (terror fəaliyyətinə açıq çağırışlar) maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilinir.

Onun axtarışa verildiyi bildirilib.

Aleksandr Əliyev "Instagram" sosial şəbəkəsində Ukrayna Silahlı Qüvvələrini Kursk vilayətində dinc sakinləri öldürməyə çağırdığı video dərc edib.

Qeyd edək ki, Aleksandr Əliyev Rusiyanın Xabarovsk şəhərində doğulub. Onun Rusiya vətəndaşlığı da mövcuddur. Hazırda Rusiyada yaşayan anası Marina Əliyeva Ukrayna müharibəsi başlayandan oğlu ilə əlaqə saxlamadıqlarını deyir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.