Dünya

Okeanda meqasunami: 200 metrlik dalğaların səbəbi bəlli oldu

25 Avqust 2024 10:38
Baxış: 2 982
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Potsdam Universitetinin alman alimləri təxminən bir il əvvəl Qrenlandiyanın şərq sahillərində baş vermiş nəhəng sunaminin səbəbini öyrəniblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 200 metr hündürlüyündə dalğa yaşayış olmayan Dikson liman şəhərciyini vuraraq, tərk edilmiş binaları dağıdıb. Tədqiqat "The Sesmic Records" elmi jurnalında dərc olunub.

Komanda hadisə yerindən 5 min kilometr radiusda yerləşən zəlzələ monitorinq stansiyalarının seysmik məlumatlarını təhlil edib.

Alimlər hesab edirlər ki, bu hadisə Qrenlandiyada buzlaqların əriməsi ilə bağlı olub. Hazırda daha sürətlə davam edən bu proses yeni meqasunamilərin baş verməsi ehtimalını artırır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.