Dünya

Vuçiç: "Mən Rusiya agenti deyiləm"

25 Avqust 2024 09:16
Baxış: 1 011
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Serbiyada bir daha heç vaxt zorakılıqla hakimiyyət dəyişikliyi olmayacaq".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Aleksandr Vuçiç dövlət çevrilişi nəticəsində Slobodan Miloşeviçin devrildiyi 2000-ci il oktyabrın 5-də baş vermiş hadisələrin təkrarlanma ehtimalını dəyərləndirərkən bildirib.

"Müxalifət nə qədər xalqı aldadacaq ki, problemləri küçədə həll edəcəklər? Onların siyasəti və proqramı yoxdur. İndi onlara deyirəm - uğur qazana bilməyəcəksiniz. Serbiyada bir daha heç vaxt 5 oktyabr olmayacaq", - Vuçiç bəyan edib.

O əlavə edib ki, Rusiya agenti deyil.

"Mən hər kim olsam da, Rusiya agenti deyiləm. Ya da kiminsə agenti deyiləm. Başqalarından fərqli olaraq, Respublika Prezidenti kənardan heç kim tərəfindən maliyyələşdirilmir. Büdcəm nisbətən kiçikdir", - deyə siyasətçi etiraf edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.