Dünya

Kurskda rusların dayaq məntəqəsi darmadağın edildi

23 Avqust 2024 00:16
Baxış: 966
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ukrayna əsgərləri Kursk bölgəsində rus qoşunlarına güclü hava zərbəsi endiriblər.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşşuk bildirib.

Onun sözlərinə görə, PUA-nın idarəetmə mərkəzi, elektron döyüş bölməsi, avadanlıqlar, silahlar və 40-a qədər Rusiya hərbçisi vurulub.

O, güclü zərbənin görüntülərini də nümayiş etdirib:

"Hərbi Hava Qüvvələrinin yüksək dəqiqlikli Amerika GBU-39 bombaları ilə Kursk vilayətindəki taqım qalasına endirdiyi hava hücumu belə görüntülənir".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.