Dünya

Putin: Ukrayna bu gecə Kursk AES-i vurmaq istəyib

22 Avqust 2024 17:23
Baxış: 1 391
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ukrayna Silahlı Qüvvələri bu gecə Kursk Atom Elektrik Stansiyasına zərbələr endirməyə cəhd ediblər".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ölkənin Belqorod, Bryansk və Kursk vilayətlərində vəziyyətlə bağlı keçirdiyi iclasda deyib. 

Onun sözlərinə görə, Rusiya artıq Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) məsələ ilə bağlı məlumatlandırıb: "Onlar vəziyyətin qiymətləndirilməsi üçün mütəxəssis göndərməyi, özləri də gəlməyi vəd edirlər. Ümid edirəm, bu, son nəticədə onlar tərəfindən həyata keçiriləcək".

Putin müvəqqəti olaraq Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksey Smirnovdan stansiyanın hazırkı vəziyyətini soruşub. O isə cavabında vəziyyətin sabit və nəzarət altında olduğunu bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.