Dünya

Bu ölkə Azərbaycan vətəndaşları üçün viza rüsumlarını ləğv etdi

16 Avqust 2024 18:27
Baxış: 1 125
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan da daxil olmaqla 126 ölkənin vətəndaşı Pakistana səfər etmək üçün pulsuz viza ala biləcək.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Visanews" portalı məlumat paylaşıb.

Pakistanın Baş naziri Şahbaz Şərifin sözlərinə görə, viza tələblərinin yüngülləşdirilməsi Pakistanı investisiya və turizm üçün cəlbedici məkana çevirməyə kömək edəcək.

Öz növbəsində, Pakistanın informasiya naziri Ataulla Tarar bildirib ki, 126 ölkədən gələn ziyarətçilər üçün elektron viza rüsumlarından imtina ediləcək və müraciət prosesi əhəmiyyətli dərəcədə sadələşdiriləcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.