ABŞ gizli danışıqlar zamanı Venesuela Prezidenti Nikolas Maduroya hakimiyyətdən getməsi müqabilində amnistiya təklif edib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Məlumata görə, söhbət ABŞ Ədliyyə Departamentinin 2020-ci ildə Maduroya və digər Venesuela hökumət rəsmilərinə qarşı irəli sürdüyü narkoterrorizmdə iştirak ittihamlarının geri götürülməsindən gedir.
Bildirilib ki, ABŞ hələ 2023-cü ildə Dohada gizli danışıqlar zamanı prezidentə eyni şərtlərlə amnistiya təklif edib, lakin Maduro bundan imtina edib və o vaxtdan bəri onun mövqeyi dəyişməyib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun