Dünya

Sena çayında suyun keyfiyyəti ilə bağlı nəticələr açıqlandı

9 Avqust 2024 00:25
Baxış: 995
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sena çayının suyunun keyfiyyəti ilə bağlı analizlər Olimpiya və Paralimpiya Oyunlarının təşkilatçılarının arxayınlaşdırıcı bəyanatlarından çox fərqli reallığı ortaya qoyub.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu haqda "Mediapart" məlumat yayıb.

Paris meriyası nəzdində olan "Eau de Paris" laboratoriyasının götürdüyü gündəlik nümunələr göstərib ki, suyun keyfiyyəti Olimpiadanın başlanmasından bəri yalnız iki gün qənaətbəxş olub.

Qeyd olunub ki, Olimpiya Oyunlarının təşkilatçıları isə suyun keyfiyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin etdiklərini deyiblər. Ancaq iyulun 27-dən avqustun 5-dək toplanmış məlumatlar suyun davamlı çirkli olduğunu göstərib.

Yuxarı axında təmizləyici sistem deqradasiya olunmuş vəziyyətdədir. Paytaxtın kanalizasiya sistemlərində sızmalar baş verir. Tullantılar və yağış suyunun saxlanması üçün "Austerlitz" hövzəsinin tikintisi kimi investisiyalara baxmayaraq, Senanın suyu çirkli olaraq qalır və üzmək üçün yararlı deyil.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.