Dünya

Netanyahu: İsrail həm müdafiə olunmağa, həm də hücum etməyə hazırdır

7 Avqust 2024 20:43
Baxış: 938
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrail ordusu həm müdafiə olunmağa, həm də hücum etməyə hazırdır.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Təl-Əviv şəhəri ətrafındakı Təl ha-Şomer hərbi bazasına səfəri zamanı orduya yeni çağırılanlara müraciətində deyib.

O bildirib ki, İsrail düşmənlərinə zərbələr endirir və özünü müdafiə etməkdə qərarlıdır.

Xatırladaq ki, daha əvvəl "Al Arabiya" telekanalı İranın və Livanın "Hizbullah" hərəkatının HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyənin Tehranda öldürülməsinə qarşılıq verəcəyini gözlədiyini bildirmişdi. İran İsrailə hücum zamanı Qüds və Təl-Əvivdəki hökumət binalarını, o cümlədən Baş nazir Benyamin Netanyahunun ofisini və parlamenti vurmağı planlaşdırır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.