Dünya

Baltik hava məkanında naməlum təyyarələr göründü

6 Avqust 2024 22:38
Baxış: 3 578
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliya Baltik hava məkanında uçan naməlum təyyarələrin qarşısını almaq üçün "Eurofighter Typhoon" qırıcılarını havaya qaldırıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə İtaliya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, İtaliya döyüş təyyarələri NATO-nun Almaniyadakı müşahidə mərkəzindən əmr aldıqdan sonra Litvanın şimalındakı Şaulyai bazasından havaya qalxıb. Lakin nazirlik hansı təyyarələrin havada göründüyü ilə bağlı hər hansı məlumat verməyib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.