Dünya

İran ordusu böyük texnika almağa hazırlaşır

6 Avqust 2024 22:23
Baxış: 1 137
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İran ordusu yeni texnika alacaq.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri İran Hava Hücumundan Müdafiə Qüvvələri komandanının müavini, briqada generalı Əlirza İlhami deyib.

O əlavə edib ki, yerüstü avadanlıqların və uzaqmənzilli müasir raket sistemlərinin istehsalı gündəmdədir:

"İran ordusunun hava hücumundan müdafiə bölməsi özünü yeniləyir və müxtəlif sahələrdə, o cümlədən pilotsuz təyyarələr, radarlar və məlumat toplama sistemləri üzrə imkanlarını artırır. Böyük həcmdə texnika HHM qüvvələrinə təhvil verilməyə hazırdır və ola bilsin ki, HHM həftəsində yeni texnikanın əlavə edilməsi mərasimi keçiriləcək".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.