Dünya

Ukrayna ordusu Donetskdə geri çəkilə bilər, ancaq...

6 Avqust 2024 19:11
Baxış: 815
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Donetsk vilayətində Ukrayna Silahlı Qüvvələri bir qədər geri çəkilə bilər, lakin bu, ən pis halda baş verəcək.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya-Ukrayna müharibəsinin veteranı, ehtiyatda olan mayor Aleksey Getman bildirib.

O vurğulayıb ki, hazırda düşmən cəbhənin bu hissəsinə (Pokrovski, Toretski və Çasovyarovski red.) güclü təzyiq göstərir.

Onun sözlərinə görə, böyük ehtimalla Ukrayna Silahlı Qüvvələri orada düşməni məhv edəcək.

Getman qeyd edib ki, hələlik Pokrovski, Toretski və Çasovyarovski istiqamətlərindən əldə edilən hərbi məlumatlara görə, Rusiyanın hücumunun intensivliyində azalma görünmür:

"Ancaq həm Milli Qvardiyanın komandirinin, həm də NATO ölkələrinin generallarının dediyi kimi, bütün əlamətlərə görə, haradasa avqustun sonu - sentyabrın əvvəlində rusların belə güclü, sıx hücum hərəkətləri etmək imkanları tükənəcək. Buna görə də biz müqavimət göstərməliyik".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.