Dünya

6,8 bal gücündə zəlzələ baş verdi: sunami təhlükəsi

3 Avqust 2024 08:06
Baxış: 920
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Filippinin cənubundakı Mindanao adasının sahillərində 6,8 bal gücündə zəlzələ baş verib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 233 min nəfər əhalisi olan Maquqpo Poblasion yaşayış məntəqəsindən 124 km şimal-şərqdə, ocağı isə 30 km dərinlikdə yerləşib.

Yaponiya Meteorologiya İdarəsi bölgədə sunami təhlükəsi elan edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.