Dünya

TikTok-da ilk VİDEOsuna 5,5 milyon adam baxdı

27 İyul 2024 12:13
Baxış: 831
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-nin vitse-prezidenti və Demokratlar partiyasından prezidentliyə potensial namizəd Kamala Harris TikTok sosial şəbəkəsində hesab açıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, hesabında seçkiqabağı kampaniya çərçivəsində ilk video da yerləşdirib. 

"Eşitmişəm ki, son zamanlar TikTok tövsiyələrində görünməyə başlamışam, buna görə də, burada öz hesabımı yaratmağa qərar verdim", - deyə Harris videoda qeyd edib. 

13 saat ərzində video 5,5 milyon baxış toplayıb, vitse-prezidentin səhifəsinə isə 1,4 milyon izləyici abunə olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.