Dünya

Peskov: ABŞ ilə de-fakto ikitərəfli münasibətlərimiz yoxdur

26 İyul 2024 14:39
Baxış: 816
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-nin Moskvadakı səfirliyinin fəaliyyəti hələ tam şəkildə bərpa olunmayacaq, çünki hazırda iki ölkə arasında heç bir əlaqə yoxdur.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "Yeni Media Festivalı"nın iştirakçıları ilə görüşündə deyib.

"Birləşmiş Ştatların Moskvadakı səfirliyinin fəaliyyəti bərpa olunmayıb və hələlik bu baş verməyəcək. Çünki de-fakto ikitərəfli münasibətlərimiz yoxdur", - o bildirib.

Qeyd edək ki, 2021-ci ildə Moskva ABŞ diplomatik missiyası tərəfindən Rusiya və üçüncü ölkə vətəndaşlarının işə götürülməsinə məhdudiyyətlər tətbiq edib. ABŞ səfirliyi həmin il mayın 12-dən etibarən konsulluq xidmətlərinin sayını azaldacağını, eləcə də diplomatik səfərlər üçün nəzərdə tutulmayan viza sənədlərinə baxılmasını dayandıracağını bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.