Dünya

Sübhani Ermənistanla “gizli hərbi saziş”dən danışdı

26 İyul 2024 08:26
Baxış: 828
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın Ermənistandakı səfiri Mehdi Sübhani İran və Ermənistan arasında hərbi müqavilə bağlanması xəbərini təkzib edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Sübhani İran mediasına danışıb.

O, belə xəbərlərin dərc edilməsinin İran və region ölkələri arasında dostluq əlaqələrinin inkişafına təsir etmək məqsədi daşıdığına toxunaraq bildirib ki, İran Qafqaz regionunda sülh və sabitliyin bərqərar olması, eləcə də iqtisadi inkişafın tərəfdarıdır.

Qeyd edək ki, "İran İnternasional" İranın Ermənistanla 500 milyon dollarlıq gizli silah sazişi imzaladığı haqda məlumat yaymışdı.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.