Dünya

İsrail Livana xəbərdarlıq etdi

26 İyul 2024 00:47
Baxış: 781
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrailin xarici işlər naziri İsrael Kats silahlı radikalların Litani çayının o tayındakı sərhəd zonasından geri çəkilməməsi halında Livanla sərhəddə "Hizbullah" hərəkatına qarşı döyüşlərin güclənəcəyi barədə xəbərdarlıq edib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə o, "Bloomberg" agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Livanla daha böyük münaqişənin olacağı ehtimalı yüksəkdir:

"Biz "sükut müqabilində susmaq" düsturunu (Livanla sərhəd bölgəsində - red.) qəbul etməyəcəyik. Şimaldan təxliyə edilmiş 70 minə yaxın insanımız var və biz onları geri qaytara bilmirik".

O, yenidən "Hizbullah"dan sərhəddən uzaqlaşmasını tələb edib.

Nazir həmçinin bildirib ki, Qəzza zolağında mümkün atəşkəs sazişinin bağlanması bütün regionda gərginliyin azaldılmasına kömək edə bilər.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.