Rusiyada elektron siqaretlərlə bağlı bir sıra QADAĞALAR qüvvəyə minir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiyada elektron siqaretlərdə dadlandırıcıların istifadəsi qadağan edilib.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, Dövlət Duması elektron siqaretlərdə dadlandırıcıların istifadəsini qadağan edən, həmçinin tütünsüz nikotin məhsullarının istehsalına dövlət nəzarəti tətbiq edilməsini nəzərdə tutan qanun qəbul edib.
Dövlət Dumasının Sənaye və Ticarət Komitəsinin sədr müavini Aleksandr Spiridonov deyib ki, "bu cür məhsullarda ətirli maddələrin olması qadağan ediləcək".
"Bu məhsulların cəlbediciliyini və nikotin asılılığını artıran əlavələri də qadağan edirik. İnsanların sağlamlığını qorumaq üçün məhsulun tərkibindəki nikotinlə bağlı məhdudiyyətlər tətbiq edirik. Bundan əlavə, indi ölkəmizdə "snus" istehsalı tamamilə qadağan ediləcək", - deyə o qeyd edib.
Qeyd edək ki, elektron siqaretlərə müxtəlif dadlandırıcılar, boyalar, nikotin duzları, ammonium və ammonyak, asetaldehid, şəkər əlavə edilir. Bu maddələrin bəziləri zərərli olmaqla yanaşı, tüstüsüz tütün məmulatlarının cəlbediciliyini artırır və onlardan asılılıq yaradır.
Yeni qərara görə, bu məhsulların tərkibindəki nikotin hər bir məhsulda 10 milliqramı keçməməlidir.
Nikotin asılılığını artıran və qadağan olunan boya və əlavələrin konkret siyahısını Nazirlər Kabineti müəyyən edəcək.
Həmçinin bu cür məhsulların qablaşdırılmasına onların zərərsiz və ya zərərinin cüzi olduğu barədə məlumatların daxil edilməsi qadağan edilir.
Spiridonov daha bir yenilik barədə isə bunları deyib:
"Sentyabrın 1-dən kağız aksiz markaları siqaret qutularından silinəcək və onları xüsusi rəqəmsal markalar əvəz edəcək. Kağız markalı siqaret qutuları satılana qədər dövriyyədə olacaq. Bundan sonra yalnız rəqəmsal möhür olacaq. Bu, istehsaldan istifadəyə qədər bütün yolu izləməyə imkan verəcək. Bu yolla biz vətəndaşlarımızı saxta mallardan qoruya və bazarı "ağlaşdıra" bilərik".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ceyran Rəhimova illər sonra bu kanalda aparıcılıq edəcək
-
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetinə görə 1 milyon manat alıb? - Açıqlama
-
Azərbaycanda tanınmış idmançı tutuldu
-
Martin Ryan əfv edilib
-
İrem Derici: "Dünyanın ən yaxşı anası olaram"
-
Prezident İlham Əliyev əfv Sərəncamı imzalayıb
-
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
-
Kremlin NATO planı açıqlandı: Böyük müharibəyə ehtiyac yoxdur
-
Şəhid oğlundan ABŞ-də böyük uğur - “Eynşteyn vizası” aldı - (Foto)
-
Mərkəzi Bank faiz qərarını açıqladı
-
Müşavirədən nələr yadda qaldı? - Ən vacib nüanslar
-
"Kurtlar vadisi"nin aktyorunun yeni serialı bəlli oldu - (Foto)
-
Formula-1 ilə bağlı DYP-dən sürücülərə xəbərdarlıq
-
Azərbaycanda dağ-mədən sənayesi üzrə geoloji məlumatlar rəqəmsallaşdırılacaq
-
Azərbaycanda qara metallurgiya üçün əlavə güzəştlər tətbiq ediləcək
-
Kolleclərdə boş qalan yerlərə qəbul elan edildi
-
Naxçıvanda qızıl və mis yataqları istismara cəlb ediləcək
-
Mbappe şam yeməyinə dəvət etmək istədiyi məşhurları açıqladı
-
Arvadını yemək hazırlamadığı üçün bıçaqlayan ər sərbəst buraxıldı
-
Azərbaycanda dağ-mədən və metallurgiya sənayesinin illik ixrac potensialı 2 milyard dollara çatdırılacaq
-
Xatun Özbəkistanda televiziyasında: Beynəlxalq mükafat aldı - (Video)
-
Söyüdlü qızıl yatağında yeni zavod qurulacaq
-
Azərbaycanda dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı təsdiq edilib





