Dünya

Zelenski və Tramp Nyu-Yorkda görüşüb

22 Sentyabr 2026 22:19
Baxış: 111
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna nümayəndə heyəti ilə birlikdə ABŞ Prezidenti Donald Trampla görüşmək üçün Nyu-Yorka gəlib.

Milli.Az xəbər verir ki, görüş BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində baş tutub.

Görüş başlamazdan əvvəl tərəflər bir neçə açıqlama verib, daha sonra danışıqlar qapalı formatda davam etdirilib.

"Ümid edirəm ki, bu müharibəni qışa qədər başa çatdıra biləcəyik və Tramp bu məsələdə kömək edəcək", - Zelenski bildirib.

Tramp isə Ukraynadakı müharibəyə son qoymaq üçün həll yolu axtardıqlarını deyib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.