Dünya

Ukraynadan Polşaya yeni qaçqın axınının olacağı gözlənilir

25 İyul 2024 09:03
Baxış: 1 294
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Payız və qış aylarında Ukrayna vətəndaşlarının Polşaya əhəmiyyətli axını mümkündür".

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bunu Polşa Daxili İşlər Nazirliyinin mülki əhalinin hüquqlarının müdafiəsi şöbəsinin rəisi Dariuş Marçinski bildirib.

Polşa parlamentində çıxış edən məmur qeyd edib ki, Ukraynadan çoxlu sayda qaçqının gəlməsinə hazır olmaq lazımdır. Marçinski izah edib ki, qaçqın axını Rusiya ordusunun Ukraynanın enerji, istilik və nəqliyyat infrastrukturuna artan ziyan vuran hücumları ilə bağlı olacaq.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.