Dünya

Ukraynada maaşlar sürətlə artır - Səbəb

24 İyul 2024 15:42
Baxış: 840
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynada yeni səfərbərlik dalğası işçi qüvvəsi çatışmazlığını artıracağından ölkə iqtisadiyyatına ciddi ziyan vuracaq.

Milli.Az axar.az-a istinadən bildirir ki,  bu barədə "Vaşinqton Post" məlumat yayıb.

Bildirilib ki, yeni səfərbərlik halında müəssisələr üçün işçi tapmaq getdikcə çətinləşəcək və bu, Ukraynanın dağılmış iqtisadiyyatına daha ciddi təzyiq göstərəcək.

Məqalədə qeyd edilir ki, hazırda ölkədə vakant yerlər müraciət edənlərin sayından xeyli çoxdur və bu, işəgötürənləri maaşları artırmağa məcbur edir, əks halda müəssisələr rəqabətə tab gətirə bilməyəcək və bağlanma riski yaranacaq.

Məlumata görə, Ukraynada işçi qüvvəsi çatışmazlığı problemi münaqişə davam etdikcə daha da güclənəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.