Dünya

Britaniya ordusunda ciddi problemlər üzə çıxdı

23 İyul 2024 08:54
Baxış: 617
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniya ordusu ölkənin silahlı qüvvələrinin inkişafına mane olan bir sıra ciddi problemlərlə üzləşib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bunu Britaniyanın müdafiə naziri Con Hili deyib.

"Biz bilirik ki, silahlı qüvvələrin hər üç qolu çox ciddi problemlərlə üzləşir", - nazir vurğulayıb.

Britaniya ordusundakı ən böyük problemlər arasında nazir satınalmaların düzgün idarə edilməməsi, şəxsi heyətin aşağı əhval-ruhiyyəsi və hərbi personalın işə götürülməsi və saxlanmasında böhranın olmasını sadalayıb.

Onun sözlərinə görə, gələn ilin birinci yarısında təqdim olunacaq Böyük Britaniyanın Təhlükəsizlik, Müdafiə və Xarici Siyasətinin İnteqrasiya İcmalı onların həllinə yanaşmalar tapmağa kömək edəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.