Dünya

Türkiyə ilə Yunanıstan arasında yeni körpü salınacaq

22 İyul 2024 16:25
Baxış: 782
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə ilə Yunanıstan arasında yeni körpü salınacaq.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

O bildirib ki, körpünün layihəsi tamamlanmaq üzrədir.

Layihənin 2024-cü ildə tenderə çıxarılması gözlənilir.

A.Uraloğlu bildirib ki, bununla bağlı 2004-cü ildə Afinada razılıq sənədi imzalanıb: "Layihə ancaq Türkiyə və Yunanıstan üçün deyil, bütün bölgə üçün böyük əhəmiyyət kəsb edir. Bu, iki ölkə arasındakı dostluq və əməkdaşlığı gücləndirəcək".

Nazirin sözlərinə görə, körpünün uzunluğu 841 metr olacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.