ABŞ-ın vitse-prezidenti Kamala Harris prezidentliyə namizədliyini irəli sürdüyünü açıqlayıb.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb.
"Prezidentin təsdiqini almaqdan şərəf duyuram və bu namizədliyi qazanmaq və qalib gəlmək niyyətindəyəm. Seçkiyə 107 gün qalıb. Biz birlikdə mübarizə aparacağıq. Və birlikdə qalib gələcəyik", - deyə o bildirib.
Qeyd edək ki, prezidentlik yarışından çəkilən Co Bayden Kamala Harrisin namizədliyini dəstəklədiyini açıqlayıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun