Dünya

Qlobal texniki nasazlıq: Dünyanın bir çox nöqtəsində hava limanları işləmədi - FOTO

19 İyul 2024 13:17
Baxış: 782
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-də hava yolları şirkətlərinin fəaliyyətində genişmiqyaslı nasazlıqlar qeydə alınır.

Rabitə problemləri səbəbindən "United Airlines", "American Airlines" və "Delta Airlines" kimi böyük aviaşirkətlər uçuşları dayandırıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Britaniyanın "SkyNews" telekanalı şəbəkədən ayrılıb, "Windows" isə fasilələrlə işləyir.

Bundan əlavə, Berlin Hava Limanı da texniki nasazlıq səbəbindən qeydiyyatda mümkün gecikmələr barədə məlumat verib.

İspaniyanın hava limanlarında da "kompüter sistemində insident" baş verib. "Aena" operator şirkətinin sözlərinə görə, bu, uçuşların gecikməsinə gətirib çıxara bilər.

Həmçinin KİV Böyük Britaniyanın bir sıra hava limanlarında və Türk Hava Yollarında da böyük qlobal nasazlıq səbəbindən uçuşların dayandırılmasından yazır.

Avstraliyada İT sistemlərinin işində də nasazlıq müşahidə olunub və bu, təkcə hava limanlarına deyil, banklara və supermarketlərə də təsir edib.

Hindistanın "Times Now" kanalının ilkin məlumatlarına görə, qlobal nasazlığın səbəbi "CrowdStrike"ın (kibertəhlükəsizlik üzrə ixtisaslaşmış şirkət - red.) son yeniləməsi olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.