Misirin Nümayəndələr Palatası (parlamentin aşağı palatası) yeni hökumətin təqdim etdiyi fəaliyyət proqramını təsdiqləyib və Mustafa Madbulinin başçılıq etdiyi Nazirlər Kabinetinə etimad edildiyini təsdiqləyib.
Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "Əl-Qahirə əl-İhbariyyə" telekanalı məlumat yayıb.
"Misir parlamentinin spikeri Hənəfi əl-Qəbali Nümayəndələr Palatasının Madbuli hökumətinin təqdim etdiyi proqramı təsdiqlədiyini açıqlayıb və deputatların ona etimadını ifadə edib", - telekanal qeyd edib.
Bildirilir ki, parlament iclası Misir hökumətinin başçısı və kabinetdəki əksər nazirlərin iştirakı ilə baş tutub.
Xatırladaq ki, iyulun 3-də ölkə prezidenti Əbdül Fəttah əs-Sisinin iştirakı ilə Misirin yeni hökumətinin andiçmə mərasimi keçirilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun