Dünya

Öləndən sonra Ayda dəfn edilən ilk və yeganə insan - FOTO

16 İyul 2024 07:06
Baxış: 6 881
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

1928-ci ildə dünyaya gələn amerikalı alim Yucin Şumeyker öldükdən sonra Aya basdırılan və tarixə düşən ilk insan olub.

Milli.Az lent.az-a istinadən bildirir ki, Şumeyker alim Devid Levi ilə bir komet kəşf edib.

O, bu ulduza Şumeyker-Levi adını verib. Şumeyker həmçinin ABŞ Geoloji tədqiqat xidmətində astrologiya tədqiqat proqramının əsasını qoyub. Alim "Apollon" missiyasının bir hissəsi olaraq Aya gedəcək astronavtlara orada Yer kürəsində mövcud olan səth formalarına bənzəyən nələr tapa biləcəkləri barədə təlim keçib.

Şumeyker bütün həyatı boyu astronavt olmaq istəsə də, səhhətinə görə bu arzusunu həyata keçirə bilməyib. Bunu bilən rəfiqəsi Kerolayn Porko 1997-ci ildə dünyasını dəyişən dostunun cəsədini Aya göndərmək fikrinə düşüb.

NASA da bu fikri dəstəkləib. 1998-ci il yanvarın 6-da NASA-nın "Lunar Prospector" kosmik gəmisi Ayın cənub qütbünə doğru yola düşüb. Kosmik gəmidə, həmçinin Celestis tərəfindən təqdim edilən və qiyməti 600 dollar olan kosmik kapsulda Şumeykerin külləri də olub. 1999-cu il iyulun 31-də NASA kosmik gəmisini qəsdən Ayın səthinə vurub və Şumeyker Yerdən kənarda basdırılan ilk və yeganə insan olub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.