Dünya

Ekspert: Belarus və Rusiya Baltikyanı dövlətlərlə müharibəyə başlaya bilər

13 İyul 2024 20:06
Baxış: 649
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Belarus bu ölkədə yaşayan polyakların etirazlarını alovlandıraraq, vəziyətdən istifadə edib Baltikyanı dövlətlərə qarşı müharibəyə başlaya bilər".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu iddia ilə "Bild" telekanalının efirində Avstriyalı politoloq Qustav Qressel çıxış edib.

O bildirib ki, adı çəkilən ölkələrin 7 il əvvəl keçirdiyi "Qərb-2017" təlimləri antiterror və ya müdafiə xarakterli olmayıb, məhz bu ssenariyə hazırlıq xarakteri daşıyıb.

Ekspertin sözlərinə görə, başlanması ehtimalı yüksək olan bu müharibəyə sonradan Rusiya da qoşulacaq.

Q. Qressel sonda 2000-сil, yanvarın 26-da Rusiya və Belarus arasında İttifaq dövləti haqqında müqavilənin imzalandığını da xatırladıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.