Dünya

Tramp qışqırıb, diqqətimi yayındırdı - Bayden

6 İyul 2024 14:49
Baxış: 740
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Debat zamanı xəstə idim, özümü çox pis hiss edirdim.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu ABŞ Prezidenti Co Bayden debat zamanı ciddi tənqidlərə yol açan davranışlarına aydınlıq gətirərkən deyib.

"Tramp mikrafonu bağlı olarkən belə qışqırırdı. Bu da mənim diqqətimi yayındırırdı. Problem təkcə bu deyildi. Ancaq nəzarəti itirdim", - o bildirib.

Debatı izləyib-izləmədiyi ilə bağlı suala, "Yox, deyəsən izləmədim", deyən Bayden sorğuda geriləməsinə də münasibət bildirib:

"Mən anketlərə inanmıram. Eyni zamanda sadəcə seçki kampaniyası aparmıram, dünyanı idarə edirəm. Mübaliğə kimi gələ bilər. Ancaq biz dünyanın mərkəzindəyik".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.