Fransa polisi ölkədə növbədənkənar parlament seçkilərinin ikinci turu zamanı Milli Assambleya (parlamentin aşağı palatası) qarşısında iyulun 7-nə planlaşdırılan mitinqi qadağan edib.
Milli.Az "report"a istinadən bildirir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.
Məlumata görə, antifaşist təşkilatlar "səsvermənin nəticəsindən asılı olmayaraq" yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 22:00) nümayişə çağırıblar.
Bundan əvvəl Daxili İşlər Nazirliyinin rəhbəri Jerald Darmanin "France 2" telekanalında iyulun 7-də təhlükəsizliyin təmin edilməsinə 30 minə yaxın polisin cəlb olunacağını bildirmişdi.
Milli.Az